Avropa Parlamenti Avropa İttifaqına üzv olan ölkələrdə şirkət rəhbərlərinin ən azı 33 faizinin qadın olmasını şərtləndirən qanun təklifini qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müvafiq olaraq, şirkətlər ildə bir dəfə rəhbər vəzifələrində ən azı 33 faiz gender təmsilçiliyi barədə səlahiyyətlilərə məlumat verməli və hədəflərə çatmadığı təqdirdə hədəflərə necə çatmağı planlaşdırdıqlarını bildirməli olacaqlar.
Tətbiqi 2026-cı ilin iyun ayına qədər həyata keçirməyən şirkətlərə cərimələr kimi təsirli, çəkindirici və mütənasib cəzalar tətbiq ediləcək.
Qanuna əməl etməyən şirkətlərin idarə heyəti buraxıla bilər.
Digər tərəfdən, 250-dən az işçisi olan kiçik və orta müəssisələr direktivin əhatə dairəsindən çıxarılıb.
Aİ Komissiyası bu təklifi 2012-ci ildə etsə də, Şura 10 il ərzində bu qərarı bloklayıb.
Hazırkı prosesdə qərar Şura tərəfindən oktyabrın 17-də təsdiqlənib. Qərar AP-də qəbul edildikdən və Rəsmi Qəzetdə dərc olunduqdan sonra 20 gün ərzində qüvvəyə minəcək.
Üzv dövlətlər qərarı 2 ildən sonra həyata keçirilməlidir.