Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov daha öncə KİV-də Krasnoyaruzski rayonunun Staroselye kəndində mina partlaması nəticəsində iki nəfərin həlak olması ilə bağlı yayılan məlumatı təsdiqləyib.
Manset.az xəbər verir ki, avtomobilin mərmi ilə partlaması nəticəsində yaşlı insanların həlak olduğunu bildirib.
Qladkovun sözlərinə görə, ölənlər evli cütlükdür. Eyni zamanda xatırladıb ki, oktyabrın 27-dən fövqəladə vəziyyət rejimi tətbiq edilib.
“Bir daha mülki əhaliyə, xüsusən də fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu qəsəbələrə müraciət edirəm”, - deyə rəsmi əlavə edib: “Ərazi rəhbərlərinin razılığı olmadan bu yaşayış məntəqələrinə gəlmək mümkün deyil!”