İlon Mask, Tviterə yeni bir xüsusiyyət gətirməyə hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask Tviterdə istifadə edilən mesajlaşma funksiyasını daha təhlükəsiz etmək üçün istifadəçilərə yeni funksiya təqdim edəcək.
Mask Tviterdə mövcud olan Mesajlaşma funksiyasına başdan-sona şifrələmə sistemi tətbiq etmək istəyir. Bu xüsusiyyət iki nəfər arasındakı mesajlaşmanın üçüncü şəxslər tərəfindən oxunmasına imkan vermir.
Bu yolla istifadəçilər Tviterdən təhlükəsiz mesajlaşma proqramı kimi də istifadə edə biləcəklər. Digər funksiyanın isə videozəng olması gözlənilir.