“Wall Street Journal” öz səhifəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Rusiya planını yayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, MKİ-nin əməliyyatlar üzrə direktor müavini Devid Marlou, Corc Meyson Universitetinin Hayden Mərkəzində etdiyi çıxışında Qərb kəşfiyyat orqanlarının narazı rusları fürsətə çevirə biləcəyini bildirib.
“Biz bütün dünyada Rusiya işğalından bizim qədər iyrənən rusları axtarırıq. Bizimlə işləyəcək insanlara açığıq” - deyən Marlou açıq şəkildə ruslara vacib məlumatlarla casusluq etməyi təklif edib.
ABŞ mətbuatı bu açıqlamaları oxucularına “MKİ Rusiya müxalifləri arasında casuslar axtarır” başlığı ilə yayımlayıb.
Bu sözlər Rusiya mətbuatının tənqid hədəfinə çevrilib. Rusiyanın RT telekanalı, “MKİ narazı ruslar üçün planını açıqladı” - başlığı ilə verib. Bununla bağlı belə şərh verilib:
“Bu, Qərbdə yerləşən kəşfiyyat agentliklərinin xaricdə yerləşən Rusiya personalına yaxınlaşmağa cəhd edən bir sıra addımlarından sonra baş verir”.