Dünyadakı futbol toplarının 70%-i bu ölkədə əl işi ilə istehsal olunur

17:08 - 23 Noyabr 2022

Dünyadakı futbol toplarının 70%-i bu ölkədə əl işi ilə istehsal olunur

Dünyadakı futbol toplarının təxminən 70 faizi Pakistanda, əsasən əl işi ilə istehsal olunur.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pəncabın Sialkot şəhərindəki fabrik həmçinin noyabrın 20-də Qətərdə başlayan Dünya Kubokunda istifadə edilən “Adidas” brendinin rəsmi toplarının istehsalına da cavabdehdir.

Ölkənin aparıcı sənaye zonalarından biri olan şəhərdə yerləşən fabrikdə təxminən 60 min insan çalışır. Bu, şəhər əhalisinin demək olar ki, 8 faizinə uyğundur.

1000-ə yaxın fabrikin yerləşdiyi şəhərdəki emalatxanada istehsal edilən topların 80 faizində əl işlərindən istifadə edilir. Bu şəkildə tikilmiş toplar maşın istehsalı olanlarla müqayisədə daha davamlıdır və daha yüksək aerodinamik sabitliyə malikdir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az