Putin İrəvanda sammitdə iştirak edir - VİDEO + YENİLƏNDİ

19:12 - 23 Noyabr 2022

Putin İrəvanda sammitdə iştirak edir - VİDEO + YENİLƏNDİ

Rusiya Prezidenti Vladimir Putin İrəvana rəsmi səfər edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putini hava limanında ölkənin Baş naziri Nikol Paşinyan qarşılayıb.

Xatırladaq ki, Putin İrəvanda KTMT sammitində iştirak edəcək. Bununla yanaşı, Rusiya lideri Paşinyanla təkbətək görüş keçirməyi də planlaşdırır.

***

Putinlə Paşinyan artıq KTMT sammitinin keçiriləcəyi məkana gəlib.

***

“Azərbaycanla Ermənistan arasında sülhə Soçidə əldə olunmuş üçtərəfli razılaşmaların həyata keçirilməsi ilə nail olmaq olar”.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münaqişəsinin hərtərəfli nizamlanması üçün bütün məsələlərə xüsusi diqqət etmək lazımdır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az