Əlcəzairdə ötən il Camal bin İsmayıl adlı gəncin yandırılaraq öldürülməsi ilə bağlı mühakimə olunan 102 müttəhimdən 49-u edam cəzasına məhkum edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Əlcəzairin paytaxtı Əl-Beyzə Məhkəməsinin nümayəndə heyəti Camal bin İsmayılın ölümündə əli olan 102 nəfərin məhkəməsindən sonra mətbuat konfransı keçirib.
Məhkəmə kollegiyası bildirib ki, 49 təqsirləndirilən şəxs qəsdən adam öldürmə, yandırma, işgəncə və vətənə, əmlaka və insan təhlükəsizliyinə, milli birliyə təhlükə törədən terror aktlarında təqsirli bilinib.
Eyni işdə 17 nəfərə bəraət hökmü çıxarılıb, qalan təqsirləndirilən şəxslərə isə 5 ildən 10 ilədək həbs cəzası verilib.
Sözügedən qərarların ilkin qərar xarakteri daşıdığı və şikayət yolunun Əlcəzair Ali Məhkəməsinə açıq olduğu bildirilib.
Əlcəzair hakimiyyəti 1993-cü ildən bəri ölkədə edam hökmlərini birbaşa icra etməsə də, məhkəmələrin çıxardığı qərarlar ağırlaşdırılmış ömürlük həbs cəzası ilə əvəzlənib.
Əlcəzairli 37 yaşlı Cemal bin İsmayıl 2021-ci ildə ölkənin şimal-şərqində, Kəbail bölgəsi olaraq xarakterizə edilən Tizi Vizu şəhərində meşə yanğınları zamanı yanğın törətmək ittihamı ilə bir qrup tərəfindən yandırılaraq öldürüldü.
İsmayılın qətlinin görüntülərinin sosial şəbəkələrdə yayılması ilə ölkədə böyük hiddət və qəzəb seli yaşanıb.
İsmayılın günahsız olduğu və yanğından zərər çəkən rayon əhalisinə kömək etməyə gedən həmin ərazidə fəal olduğu sonradan sübuta yetirilib.
Əlcəzair rəsmiləri hadisəni fitnə kimi qiymətləndirib və hadisənin arxasında separatçı “Amazig-Berber Kabail Region Öz Müqəddəratını təyinetmə Hərəkatı”nın (MAK) dayandığını açıqlayıb.
MAK-ın ərəb və Amaziq-Bərbər xalqları arasında fitnə salmağa çalışması ittihamı ilə təhlükəsizlik qüvvələri ölkə daxilində geniş həbs dalğası başlatdı.