“Putin qalib gəlsə, hamımız ağır bədəllər ödəyəcəyik” - NATO

19:05 - 25 Noyabr 2022

“Putin qalib gəlsə, hamımız ağır bədəllər ödəyəcəyik” - NATO

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib məqamlara toxunub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Baş katib gələn həftə Rumıniyada keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuata açıqlaması zamanı Putini ittiham edib.

“Hamımız Rusiyanın Ukraynaya qarşı müharibəsinin bədəlini ödəyirik. Amma biz bu bədəli pulla ödədiyimiz halda, ukraynalılar  öz qanları ilə ödəyirlər. Əgər biz Putinin qalib gəlməsinə imkan versək, qarşıdakı illərdə hamımız daha yüksək bədəllər ödəyəcəyik”, - deyə Stoltenberq bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az