"Taliban" qadınların kişilər olmadan həkimə getməsini qadağan etdi

19:20 - 25 Noyabr 2022

\"Taliban\" qadınların kişilər olmadan həkimə getməsini qadağan etdi

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin hakimiyyət orqanları qadınların kişilərin müşayiəti olmadan vilayətin bir neçə bölgəsindəki tibb müəssisələrinə getməsinə qadağa qoyub.

 

Manset.az xəbər verir ki, bu barədə Əfqanıstanın "Haşt-e Subh" qəzeti məlumat yayıb.

Müvafiq qərar Nanqarharın doqquz rayonunda qüvvəyə minib. Sənədi məscidlərin imamları da qəbul edib və onlar məlumatı sakinlərə yayacaqlar.

Bundan əvvəl noyabrın 10-da "Taliban" hökuməti qadınların Əfqanıstan paytaxtında ictimai parklara girişini qadağan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az