Tesla bu ölkəyə satılan 67 min avtomobili geri çağırdı

20:35 - 25 Noyabr 2022

Tesla bu ölkəyə satılan 67 min avtomobili geri çağırdı

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla Çinə ixrac etdiyi 67 698 ədəd "Model S" və "Model X" markalı elektrik avtomobilini geri çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, buna səbəb, istehsal qüsurundan yaranan təhlükəsizlik riskləri olub.

Çin Dövlət Bazarı Tənzimləmə İdarəsi, 25 sentyabr 2013-cü il və 21 noyabr 2021-ci il tarixləri arasında istehsal edilən və geri çağırılan 67 min 698 avtomobildəki səhvləri aradan qaldırmaq üçün proqram təminatının yenilənəcəyi qeyd edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az