İsraillilər ərəbcə danışan müxbirə hücum etdilər

23:14 - 25 Noyabr 2022

İsraillilər ərəbcə danışan müxbirə hücum etdilər

Fransada fəaliyyət göstərən France 24 telekanalının ərəb qadın müxbiri Leyla Avde noyabrın 23-də Qüdsün qərbində baş verən bombalı hücum yerində ərəbcə danışdığı üçün israillilərin hücumuna məruz qalıb.

 

Manset.az xarici mediaya istinadən xəbə verir ki, hadisə Qərbi Qüdsdə iki ayrı bombalı hücumun baş verdiyi gün baş verib. Təxminən 30 nəfərlik qrup kamera qarşısına keçərək yayımı sabote etməyə çalışarkən, gənclərlə Avde arasında söz-söhbət yaşanıb. Qrupdakı bəzi insanlar nifrət dolu çıxışlar ediblər.

Canlı yayım bitdikdən sonra komandanı əhatə edən yəhudilər “təhqirlərinə davam edərək aqressiv davranışlarını artıraraq” müxbir Avdeyə “Get Qəzzaya” deyə qışqırıblar.

Xəbərdə France 24 operatorunu yumruqla vuran şəxslərin kameranın ştativini sındırdığı bildirilib.

İsrail polisi 23 noyabr Çərşənbə günü Qərbi Qüdsün Givat Şaul və Ramot qovşaqlarının ayrı-ayrı nöqtələrində iki avtobus dayanacağına yarım saat ara ilə bombalı hücumların həyata keçirildiyini, 1 israillinin öldüyünü, 3-ü ümumilikdə 14 nəfərin yaralandığını açıqlayıb.

Hücumlara görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, İsrail hakimiyyəti araşdırmaya yayım qadağası qoyub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az