Bakıda Olimpiya Kompleksində qətl törədən tanınmış məşqçinin oğludur

18:49 - 26 Noyabr 2022

Bakıda Olimpiya Kompleksində qətl törədən tanınmış məşqçinin oğludur

Xəbər verdiyimiz kimi, bu gün Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Şağan Olimpiya Kompleksində cüdo yarışı zamanı baş verib.

Tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Qeyd edək ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az