Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ oldu

09:00 - 27 Noyabr 2022

Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ oldu

Türkiyənin Düzcə şəhərinin eyniadlı mərkəzi rayonunda 4,3 bal gücündə zəlzələ olub.

Manset.az  xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 07:57-də qeydə alınan yeraltı təkanın ocağı 9,52 km dərinlikdə olub.

Dağıntı və itkilər barədə məlumat verilməyib.

Xatırladaq ki, noyabrın 23-də Türkiyənin Düzcə şəhərində 6 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 93 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az