"Aclıqdan heç vaxt silah kimi istifadə edilməməlidir"- Zelenski

18:30 - 27 Noyabr 2022

\"Aclıqdan heç vaxt silah kimi istifadə edilməməlidir\"- Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Beynəlxalq Ərzaq Təhlükəsizliyi Sammitindəki çıxışında : “Biz təsdiq edirik ki, aclıq bir daha heç vaxt silah kimi istifadə edilməməlidir” deyə bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Beynəlxalq Ərzaq Təhlükəsizliyi Sammitindəki çıxışında Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə edilən Taxıl Razılaşmasına diqqət çəkərək, “Aclığın bir daha silah kimi istifadə edilməməsini təsdiq edirik. Ukrayna yeməyi olmasaydı, tərəfdaşlarımız və rəhbərliyimiz olmasaydı, Şimali Afrika və ya Yaxın Şərq kimi regionlarda sosial sabitlik mümkün olmazdı. Rusiya məhz bunu istəyirdi. Biz buna imkan verməməliyik”, - deyə o bildirib.

Ərzaq təhlükəsizliyinin sabitliyin əsas elementlərindən biri olduğunu deyən Zelenski, “Ərzaq təhlükəsizliyi qlobal sabitliyin əsas elementlərindən biridir. Ukraynanın aparıcı rolu ən çox burada özünü göstərir. Üç Qara dəniz limanından taxıl ixracı təşəbbüsümüz sayəsində dünyanın 40 ölkəsinə təxminən 12 milyon ton ərzaq göndərdik. “Bu məbləğin iki milyon yarım tondan çoxu təkcə ərzaq qıtlığından əziyyət çəkən deyil, həm də ciddi böhran yaşayan ölkələr üçündür”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az