İranın ali dini lideri Xamneyinin qardaşı qızı Feride Muradhani “Azad və demokratik ölkələr simvolik olaraq İrandakı nümayəndələrini geri çəkməli və bu qəddar rejimin nümayəndələrini öz ölkələrindən qovmalıdırlar” mesajı verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, keçən il İranın keçmiş şahı Rza Pəhləvinin həyat yoldaşı Farah Dibanı təriflədiyi üçün həbs edilən Muradhani Tehranla bütün əlaqələri kəsməyə çağırıb.
"Azad insanlar, hökumətlərinizə deyin ki, bu qatil və uşaq öldürən rejimə dəstəyi dayandırsınlar" deyə o bildirib.
"Bu rejim əsaslandığı heç bir dini öhdəliyi yerinə yetirmir. Güc və iqtidarı saxlamaq üçün heç bir qayda-qanunlara qulaq asmır", - deyən Muradhani əlavə edib: "Azad və demokratik ölkələr simvolik bir jest olaraq İrandakı nümayəndələrini geri çəkməlidirlər. Bu qəddar rejimi dayandırmağa çalışın”.
Fəridə Muradhaninin atası, Ayətullah Əli Xameneinin bacısının qızı olan Əli Moradxani Arangeh də siyasi mövqeyinə görə illərdir təcrid olunub və bir müddət əvvəl vəfat edib.
Hüquq Müdafiəçiləri Xəbər Agentliyinin paylaşdığı məlumata görə, hökumət əleyhinə nümayişlərdə 63-ü 18 yaşdan kiçik olmaqla 450 etirazçı öldürülüb. 18 minə yaxın etirazçı da saxlanılıb.