DÇ-də məğlub olduqlarına görə Belçikada küçə döyüşləri başladı - FOTOLAR

23:50 - 27 Noyabr 2022

DÇ-də məğlub olduqlarına görə Belçikada küçə döyüşləri başladı - FOTOLAR

2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Mərakeş Belçikanı 2:0 hesabı ilə məğlub etdikdən sonra Belçikanın paytaxtı Brüsseldə küçələr qarışıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mərakeş tərəfdarları olduğu düşünülən bir qrup tarixi Grand Place yaxınlığından keçən bəzi avtomobillərə hücum edib.

Belə ki, tərs çevrilən avtomobil elektrik xətlərini yandırıb.

Hadisələr zamanı çoxlu sayda avtomobil və mağazaya ziyan dəyib.

Polisə hücum zamanı bir jurnalistə zərbə dəyib və o, yaralanıb. Jurnalistin səhhəti ilə bağlı məlumat verilməyib.

 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az