Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər ÖLDÜ

09:07 - 28 Noyabr 2022

Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər ÖLDÜ

Rusiyanın Tver vilayətində “Robinson” markalı helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, helikopter Vyazovets kəndi yaxınlığındakı əkin sahəsinə düşüb. Helikopterdə olan Aleksandr Kurılev və onun qardaşı Dmitri Kurılev hadisə yerində keçinib.

Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 22 nəfər canlı qüvvə və 6 texnika göndərilib. Qəza ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az