“New York Times” Rusiyanın Xersondan çıxarılması ilə yeni mərhələyə qədəm qoyan müharibənin yeni ünvanını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NYT “Ukraynada Baxmut, 2 Ordu üçün Qanlı Burulğan” başlıqlı xəbərində münaqişələrin yeni episentrinin bu bölgə olduğu barədə məlumat verib.
Ukrayna Rusiyanın B planını açıqlayıb.
Ukrayna Baş Qərargahı bildirib ki, Rusiya Belarusda yerləşdirilmiş qoşun və şəxsi heyətin bir hissəsini Ukraynanın işğal olunmuş ərazisinə köçürməyi planlaşdırır.
Mövzu ilə bağlı verilən açıqlamada, Belarusda yerləşdirilən qoşunlarla işğal olunmuş bölgələri gücləndirmənin gözlənildiyi bildirilib.
Hərbi ekspertlər Rusiyanın bu addımını “B planı qüvvədədir” kimi şərh ediblər.