İranda yeddi azərbaycanlı fəal həbs olundu - FOTO

11:07 - 28 Noyabr 2022

İranda yeddi azərbaycanlı fəal həbs olundu - FOTO

İranda 7 azərbaycanlı fəal həbs olunub.

 

Manset.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəallar bildiriblər ki, Həmid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs olunublar.

Qeyd edilib ki, Tehranda saxlanılan Vəhid Əliqulupur "Evin" zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.

Fəalların həbs səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb. Lakin onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları güman edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az