Rusiyada fövqəladə vəziyyət: Sakinlərdən evdə qalmaları istənildi

11:45 - 28 Noyabr 2022

Rusiyada fövqəladə vəziyyət: Sakinlərdən evdə qalmaları istənildi

Kamçatkanın (Rusiya) Yelizovo şəhərində metal anbarında utilizasiya zamanı xlor sızması baş verib. 

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, bazanın yaxınlığında duman əmələ gəlib, kəskin kimyəvi qoxu hiss olunur.

RF Fövqəladə Hallar Nazirliyinin əməkdaşları maddənin çökməsi üçün su pərdəsi təşkil etməyə başlayıblar.

Xilasedicilər sakinləri mənzillərində qalmağa, küçədə olanları isə yaxınlıqdakı müəssisələrə girməyə çağırırlar.

Mənbə: “Amur Mash” “Telegram” kanalı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az