Kovid-19-un mənşəyi kimi tanınan Çində yoluxma hallarının artmasından sonra ölkədə yenidən karantin tətbiqləri başlayıb. Bu vəziyyətə reaksiya verən xalq paytaxt Şanxay da daxil olmaqla bir sıra şəhərlərdə etiraz aksiyaları keçirir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çində son on ildə görünməmiş etiraz dalğası başlayıb. Etirazçılarla polis arasında qarşıdurma baş verib.