Xorvatiyaya dəstək olmaq üçün Qətərə gedən məşhur model İvana Knoll problem yaşayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Knoll dünya çempionatında dekolteli geyimlər geyindiyinə görə həbs riski ilə üzləşib.
O, dekolteli geyimlərinə görə həbs oluna bilər.
Qətər qanunları qadınların göbəklərini, çiyinlərini, dizlərini və sinəsini açmamasını tələb edir.
Azarkeşlər İvana Knollun ölkəsinə qayıtmasını istəyirlər. Onun cərimə olunacağı ehtimalı yüksəkdir.