“Bu, heç xoş deyil” - Kiyev merindən Zelenskiyə CAVAB

15:27 - 28 Noyabr 2022

“Bu, heç xoş deyil” - Kiyev merindən Zelenskiyə CAVAB

Zelenski xalqa müraciətində Kliçkonun elektrik kəsilməsi ilə mübarizə aparan Kiyev sakinlərinin ehtiyaclarını ödəyə bilmədiyini iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Kliçko ilə bağlı, “Təəssüf ki, yerli hakimiyyət orqanları bütün şəhərlərdə yaxşı fəaliyyət göstərmədilər. Xüsusilə Kiyevdə çoxlu şikayətlər var. Yumşaq desək, daha çox çalışmaq tələb olunur. Kiyev sakinlərinin daha çox müdafiəyə ehtiyacı var. Bələdiyyə sədrindən keyfiyyətli iş gözləyirəm” - deyib.

Rusiya-Ukrayna müharibəsindən əvvəl də Kiyev və xidmətlərin idarə olunması ilə bağlı Zelenski ilə polemika yaşayan Kliçko Telegram-da mövzu ilə bağlı açıqlama verib:

“Xüsusilə indiki vəziyyətdə siyasi müzakirələrə qarışmaq istəmirəm. Bu mənasızdır. Şəhərdə işlərim var. Ən azı heç xoş deyil. Bu, ukraynalılar və xarici tərəfdaşlarımız üçün xoş deyil”.

O, bildirib ki, elektrik kəsilməsinə qarşı 430 "istilik mərkəzi" Kiyev əhalisinin xidmətindədir və 100-dən çox mərkəzin yaradılması planlaşdırılır.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az