Afrikanın ən zəngin qadınının həbsinə order verildi

12:00 - 30 Noyabr 2022

Afrikanın ən zəngin qadınının həbsinə order verildi

Anqola məhkəməsi keçmiş prezident Xose Eduardo dos Santosun qızı İzabel dos Santosun korrupsiya ittihamı ilə həbsinə order verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Afrikanın ən zəngin qadını kimi göstərilən Santos daha əvvəl ona qarşı irəli sürülən ittihamları rədd edərək İngiltərənin paytaxtı Londonda yaşadığını və gizlənmədiyini bildirmişdi.

Baş prokuror Helder Pitta Qroz, istintaq çərçivəsində əvvəllər dəfələrlə ifadə verməyə çağırılan Santos haqqında həbs qərarı verildiyini açıqlayıb.

Qroz bildirib ki, Sonangol dövlət neft şirkətini idarə edərkən korrupsiya və mənimsəmədə ittiham olunan Santosun həbsi üçün İnterpola müraciət ediblər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az