“Bloomberg” agentliyi, Bayden administrasiyasının rus muzdlu qruplaşması Vaqneri xarici terror təşkilatı elan etməyi nəzərdən keçirdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən addımın ABŞ-da Rusiyanın “terroru dəstəkləyən ölkə” elan edilməsini tələb edən qrupları sakitləşdirmək üçün atıla biləcəyi nəzərdə tutulur.
Bildirilir ki, Vaqnerin terror təşkilatı kimi tanınması qrupun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olacaq və eyni zamanda, qrupun bütün dünyada fəaliyyətinə təsir göstərə bilər.
Rusiya hökuməti Vaqnerlə hər hansı rəsmi əlaqəsi olmasını inkar edir.