ABŞ-ın Texas ştatından Ohayoya uçan sərnişin təyyarəsində qəribə hadisə baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 34 yaşlı qadın təyyarə 37 min fut hündürlükdə olarkən qəfildən çıxış qapısını qucaqlayaraq açmağa çalışıb. Stüardessalar və sərnişinlər qadına müdaxilə etmək istəyərkən böyük səs-küy yaranıb.
Onu saxlamağa çalışan sərnişinlərdən birini dişləyib və uzun müddət buraxmayıb.
Qapını açmasının qarşısını aldıqdan sonra o, başını təyyarənin döşəməsinə çırpmağa başlayıb və İsa Məsihin onu Ohayoya göndərdiyini və ondan qapını açmasını istədiyini bildirib.
İnanılmaz insident səbəbindən təyyarə Litl-Rokdakı Bill və Hillari Klinton adına Milli Hava Limanına təcili eniş etməli olub.
Təyyarə yerə enən kimi mühafizəçilər içəri girərək qadının qollarını qandallayıb bayıra çıxarıblar.