Rusiya Müdafiə Nazirliyindən Laçın yolu AÇIQLAMASI

10:00 - 15 Dekabr 2022

Rusiya Müdafiə Nazirliyindən Laçın yolu AÇIQLAMASI

Rusiya sülhməramlılarının Qarabağdakı komandanlığı Laçın dəhlizi ərazisində vəziyyətin sabitləşdirilməsi üzrə danışıqları davam etdirir.

 

Manset.az Musavat.com-ya istinadən xəbər verir ki ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“2022-ci il dekabrın 13-də Rusiya sülhməramlılarının komandanlığı 7 saylı müşahidə məntəqəsi ərazisində vəziyyətin sabitləşdirilməsi və Stepanakert-Qoris (Rusiya MN növbəti dəfə Azərbaycan toponimlərini təhrif edib, yenə də “Dağlıq Qarabağ”, “Stepanakert” yanlışlıqlarına bilərəkdən yer verib-red.) avtomobil yolunun blokunun açılması üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirib”-məlumatda əlavə olunur.

Qeyd edək ki, Azərbaycan rəsmən bəyan edib ki, Laçın yolunu bağlamayıb və yol Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingeti bağlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az