Türkiyə Silahlı Qüvvələrində xidmət edərkən PKK-ya ağır zərbələr endirməsində mühüm rol oynayan komandirlər arasında olan Bəxtiyar Ərsay Azərbaycan formasını geyinərək vəzifəsinə başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, PKK-ya qarşı böyük uğur qazanan və xüsusilə Kaletəpədə təşkil etdiyi əməliyyatla gündəmə gələn Ersay Paşa son olaraq Azərbaycan İş Qrupu komandiri vəzifəsini icra edirdi.
General-leytenant Bəxtiyar Ersay Azərbaycanın müdafiə naziri Zakir Həsənovun müşaviri olub. Ersay bu vəzifəyə təyin olunduqdan sonra ilk dəfə Azərbaycan geyimində görünüb.