Polşa baş nazirindən Aİ-yə: Rusiyaya qarşı künclərdə gizlənməyin

12:36 - 15 Dekabr 2022

Polşa baş nazirindən Aİ-yə: Rusiyaya qarşı künclərdə gizlənməyin

Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqı (Aİ) tərəfdaşlarını daha cəsarətli olmağa və "künclərdə gizlənmək" əvəzinə iqtisadi güclərini Rusiyaya qarşı istifadə etməyə çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Ukraynaya qarşı təcavüzünün pisləndiyini ifadə edən Moravetski, "Bu təcavüzün əslində nə ilə bağlı olduğunu izah etmək, ittifaqların qurulmasının vacib bir hissəsidir" –deyib.

O, təbii qaz və enerji qiymətlərinin mümkün qədər aşağı salınması lazım olduğunu vurğulayaraq, "Bütün bu müddət ərzində Aİ səviyyəsində ortaq nöqtə yox idi. Ona görə də mən Aİ tərəfdaşlarımızı daha cəsarətli olmağa, künclərdə gizlənmək əvəzinə sadəcə olaraq Aİ-nin malik olduğu iqtisadi gücdən istifadə etməyə çağırıram” – deyə əlavə edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az