“Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmağa hazırıq” - Paşinyan

12:57 - 15 Dekabr 2022

“Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmağa hazırıq” - Paşinyan

“Əvvəllər olduğu kimi, Ermənistan indi də regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmağa hazırdır”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu sözləri hökumətin iclasında deyib.

Paşinyan əlavə edib ki, üçtərəfli sənədin müvafiq müddəasının həyata keçirilməsi heç bir halda ölkənin suverenliyinin itirilməsini nəzərdə tutmur.

“Yerevan yolları açmağa və yeni nəqliyyat infrastrukturunu istifadəyə verməyə hazırdır”, - deyə Nikol Paşinyan fikrini tamamlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az