ABŞ-ın Patriot addımından sonra Putin əmr verdi - Dünyanı lərzəyə salan görüntülər (FOTO)

13:19 - 15 Dekabr 2022

ABŞ-ın Patriot addımından sonra Putin əmr verdi - Dünyanı lərzəyə salan görüntülər (FOTO)

ABŞ-ın Patriot addımından sonra hərəkətə keçən Putin dünyanı narahat edən bir addım atıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin ABŞ və Böyük Britaniyanı vura bilən “Yars” raketinin işə salınmasını əmr edib.

İngilis “Daily Mail” qəzeti bu addımı “nüvə təhlükəsi” şərhi ilə yayımlayıb.

Bölgədən gələn görüntülər dünyanı təşvişə salıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə raketin Kaluqa bölgəsində silosda quraşdırıldığı anlar yer alıb.

Britaniya mətbuatı raketin uçuş məsafəsinin 12 min kilometr olduğunu yazıb.

Rusiyanın “Komsomolskaya Pravda” qəzeti raketin Xirosimanı məhv edən Amerika bombasından 12 dəfə güclü olduğunu açıqlayıb.

Siloya köçürülərək fəaliyyətə başlayan raketin dekabrın 17-də Rusiyanın hər il keçirilən Strateji Raket Qüvvələri Günü üçün hazırlandığı bildirilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az