İran və Rusiya anlaşma memorandumu imzaladılar

13:45 - 15 Dekabr 2022

İran və Rusiya anlaşma memorandumu imzaladılar

İran və Rusiya kosmik sənaye sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən anlaşma memorandumu İranın Kiş adasında keçirilən Beynəlxalq Aviasiya Sərgisi zamanı İran Kosmik Agentliyi və Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) rəsmiləri arasında imzalanıb.

İmzalanma mərasimində çıxış edən İranın Kosmik Agentliyinin prezidenti Həsən Salariye bildirib ki, imzalanan anlaşma memorandumu iki ölkə arasında kosmos sahəsində əməkdaşlıq üzrə kommunikasiyanı gücləndirəcək:

"Bu əməkdaşlıq sənədi zondlama və telekommunikasiya peyklərinin tikintisi və laboratoriya infrastrukturunun yaradılması, montaj, buraxılış bazası və peyk sınaqları sahəsində əməkdaşlıq kimi mövzuları əhatə edir”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az