Rusiyada əcnəbilərə surroqat analıq xidməti göstərilməyəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının dekabrın 14-də qəbul etdiyi qanun qüvvəyə mindiyi zaman subay kişilər və əcnəbilər rusiyalı qadınlarla surroqat analıq müqaviləsi bağlaya bilməyəcəklər. Eyni qanun layihəsi əvvəllər parlamentin aşağı palatası olan Dövlət Dumasında qəbul edildiyi üçün onun qüvvəyə minməsi üçün yalnız prezident Vladimir Putinin təsdiqi lazımdır.
Qanuna görə, surroqat analıq yalnız ən azı biri Rusiya vətəndaşı olan evli cütlüklər və tibbi səbəblərə görə uşaq sahibi ola bilməyən subay qadınlar üçün mümkün olacaq. Bundan əlavə, surroqat analıq yolu ilə doğulan uşaqlar birbaşa Rusiyanın vətəndaşı sayılacaq.