Təqaüddə olan admiral Konstantin Sivkov gələn yaz NATO ilə münaqişə ehtimalından danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, admiral Sivkov Polşanın Kalininqrada girməyə hazırlaşdığını iddia edib.
Kalininqrad, Litva və Polşa arasında Baltik dənizi sahilində yerləşən, quru ilə əlaqəsi olmayan Rusiyanın ərazisi kimi tanınır.
NATO ilə müharibə ehtimalını dilə gətirən Sivkov, "Yaxın gələcəkdə NATO ilə münaqişənin qaçılmaz olduğunu nəzərə alaraq, biz daha güclü və müasir silah sistemləri istehsal etməliyik. Bütün bunlar olur. Bahardan danışırıq” – deyib.