ABŞ-da dövlət işçilərinə TikTok yükləməsini qadağan edən qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qanun layihəsinin qanuni olması üçün əvvəlcə Nümayəndələr Palatasının Baş Assambleyasına, daha sonra isə imzalanması üçün ABŞ prezidenti Co Baydenə təqdim olunacaq.
Sözügedən qanun layihəsi ilə federal hökumət işçilərinə TikTok tətbiqini dövlətə məxsus cihazlara yükləmək qadağan edilir.