Evində qəfəsdə piton ilan saxlayan şəxs qəfəsini açan kimi hücuma məruz qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nəhəng ilan qəfəsi açılan kimi sahibinə tərəf atılaraq onun üzündən yapışıb. Bu zaman kişinin yanında qucağında körpəsi olan qadın qışqıraraq kömək istəyib.
Hadisə yerinə gələn 3 nəfər kişinin üzünü dişləyən nəhəng pitonu ondan ayırmağa çalışıb. Pitonun bədənini bıçaq, taxta və ya çubuqla vuraraq ayırmaq cəhdləri uğursuz olub.
Daha sonra uzun səylər nəticəsində nəhəng piton zorla sahibindən ayrılıb.
İlan sancmış şəxsə tibbi yardım göstərilib.