Twitter bu jurnalistlərə qadağa qoydu

11:56 - 16 Dekabr 2022

Twitter bu jurnalistlərə qadağa qoydu

Twitter-in baş direktoru İlon Mask haqqında xəbər hazırlayan bir neçə tanınmış jurnalistin Twitter hesabları qəfil dayandırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, The New York Times, CNN və Washington Post müxbirlərinin bəziləri birdən-birə hesablarının dayandırıldığını aşkar ediblər.

Twitter sözçüsü The Verge texnoloji saytına bildirib ki, qadağa məkan məlumatlarının canlı paylaşılması ilə bağlıdır.

Qadağalar İlon Maskın təyyarəsinə baxan profil sahibini məhkəməyə verəcəyinə söz verməsindən sonra baş verib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az