Ukraynanın yüksək vəzifəli şəxslərinin ardıcıl bəyanatları bütün dünyanı qorxuya salıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynanın müdafiə naziri Oleksii Reznikov Rusiyanın fevral ayına qədər böyük bir hücum həyata keçirə biləcəyini bildirib.
Ukrayna Baş Qərargah rəisinin bəyanatı bu hücumun əvvəlkilərdən çox fərqli olacağını ortaya qoyub.
Reznikov, Ukraynanın hazırda Rusiyanın kütləvi raket hücumlarına qarşı uğurlu müdafiə təmin etdiyini, lakin Kremlin geniş hücuma hazırlaşdığını iddia edib.
Rusiyanın böyük bir hücuma hazırlaşdığına dair əllərində dəlillər olduğunu bildirən Reznikov hücumun fevral ayına qədər reallaşa biləcəyini bildirib.
Reznikov Rusiyanın böyük hücumu üçün fevral ayını qeyd etsə də, Ukrayna Baş Qərargah rəisi Valeri Zalujnı bu hücumun yanvarın sonunda başlaya biləcəyini bildirib və “Yeni müharibəyə hazır olmalıyıq” deyib.
Ukraynanın ordusundan yüksək rütbəli bir şəxs xəbərdarlıq edib ki, Rusiya həftələr ərzində başlaya biləcək ikinci böyük hücumu üçün 200 minlik yeni ordu qurur.