ABŞ Senatı 858 milyard dollarlıq layihəni təsdiqlədi

12:50 - 16 Dekabr 2022

ABŞ Senatı 858 milyard dollarlıq layihəni təsdiqlədi

ABŞ Senatı 858 milyard dollarlıq müdafiə büdcəsi layihəsini təsdiqləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın 2023-cü maliyyə ili müdafiə büdcəsini də ehtiva edən Milli Müdafiə Səlahiyyəti Aktı (NDAA) Senat tərəfindən səs çoxluğu ilə təsdiqlənib.

Ötən həftə ABŞ Nümayəndələr Palatasında 350 lehinə, 80 əleyhinə səslə təsdiqlənən müdafiə büdcəsi layihəsi ABŞ prezidenti Co Baydenin təsdiqinə göndərilib.

2023-cü maliyyə ili üçün 817 milyard dolları Müdafiə Nazirliyi, 30 milyard dolları isə Energetika Nazirliyi daxilində nüvə xərcləri olmaqla cəmi 858 milyard dollar büdcə nəzərdə tutan qanun layihəsi Senatda 11 əleyhinə 83 səslə təsdiqlənib.

Qanun layihəsi hərbçilərin maaşlarının 4,6 faiz artırılmasını, Pentaqonun taktiki olmayan avtomobil parklarını sıfır emissiyalı avtomobillərə çevirməsini və 2027-ci ilə qədər Tayvana 10 milyard dollarlıq hərbi yardımı nəzərdə tutur.

Ukraynaya gəlincə, qanun layihəsində Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün maliyyələşdirilməsinə 800 milyon dollar, ABŞ-ın Avropadakı hərbi əməliyyatlarına dəstək üçün isə 6 milyard dollardan çox vəsait ayrılıb.

Müdafiə büdcəsi layihəsində İraq və Suriyada İŞİD-lə mübarizə çərçivəsində PKK/YPG də daxil olmaqla ABŞ-lı ortaqlara 502 milyon 926 min dollar vəsaitin verilməsi müəyyən edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az