Avropa İttifaqına üzv dövlətlər Rusiyaya qarşı 9-cu sanksiyalar paketinin tətbiqi ilə bağlı konsensusa gəliblər. Mövzu ilə bağlı Kremldən açıqlama verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ Komissiyası tərəfindən hazırlanan 9-cu Sanksiya Paketi təklifində Rusiya Silahlı Qüvvələri, müdafiə sənayesi şirkətləri, Dövlət Duması üzvləri və Federasiya Şurasının üzvləri də daxil olmaqla, təxminən 200 nəfərin və təşkilatın, nazirlər, qubernatorlar, siyasi partiyalar və s.sanksiya siyahısına əlavə edilməsi nəzərdə tutulur.
Rusiyanın gəlirlərini azaltmaq üçün Rusiya Regional İnkişaf Bankı ilə əməliyyatlara qadağa da daxil olmaqla, daha 3 Rusiya bankına qarşı sanksiyaların tətbiqi təklif edilib. İkili təyinatlı məhsulların ixracına məhdudiyyətlər qoymaq və Rusiyanın bütün növ pilotsuz uçuş aparatlarına (PUA) çıxışının qarşısını almaq üçün PUA mühərriklərinin birbaşa Rusiyaya ixracına və Rusiyaya PUA təmin edə biləcək İran kimi üçüncü ölkələrə ixracına qadağa qoyulması nəzərdə tutulub. Həmçinin Rusiyada yeni mədən investisiyalarının qadağan edilməsi də siyahıda yer alıb.
Kremlin sözçüsü Dmitri Peskov AB-nin qərarından sonra verdiyi açıqlamada, Moskvanın cavab vermədən əvvəl paketin detallarını araşdıracağını bildirib.
Peskov veriləcək cavabı paketin detallarının araşdırılmasından sonra formalaşdıracağını bəyan edib.