Avropa ölkəsində bir çox qurum və təşkilata bomba XƏBƏRDARLIĞI

16:10 - 16 Dekabr 2022

Avropa ölkəsində bir çox qurum və təşkilata bomba XƏBƏRDARLIĞI

Şimali Makedoniyada başda paytaxt Skopye olmaqla bir çox qurum və təşkilata bomba xəbərdarlığı edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Makedoniya Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nataliya Spirova bildirib ki, əldə edilən məlumata görə, Skopyedə 10 məktəbə və Manastırda 5 məktəbə partlayıcı yerləşdirilib.

Xəbərdarlıqlardan sonra polis əməkdaşlarının binaların təhlükəsiz şəkildə boşaldılması üçün tədbirlər gördüyünü bildirən Spirova, "Terrorla mübarizə yoxlamaları aparılır. Hadisələrin aydınlaşdırılması üçün tədbirlər görülür" – deyib.

O, bildirib ki, baş nazir Dimitar Kovaçevski və iqtisadiyyat naziri Kreşnik Bekteşinin iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılan otelə bomba təhlükəsi yaranıb, bu səbəbdən tədbir ləğv edilib və vətəndaşlar oteldən təxliyə edilib.

Şimali Makedoniya Futbol Federasiyasına (FFM), Boris Traykovski İdman Zalına və Beynəlxalq Skopye Hava Limanına bomba xəbərdarlığının olduğu, uçuşların ləğv edildiyi, hava limanı işçilərinin və sərnişinlərin təxliyə edildiyi də bəyan edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az