FIFA Zelenskinin çıxışını yayımlamaqdan imtina etdi

16:24 - 16 Dekabr 2022

FIFA Zelenskinin çıxışını yayımlamaqdan imtina etdi

FIFA Qətərdə keçirilən dünya çempionatının finalında Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhlə bağlı videomüraciətini yayımlamaqdan imtina edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “CNN” yayıb. 

Məlumata görə, Zelenskinin Ofisi FIFA-ya müraciət edərək dekabrın 18-i keçiriləcək finaldan əvvəl stadionda Zelenskinin çıxışının yayımlanmasını təklif edib. Federasiyanın isə bundan imtina etməsi Ukrayna Prezidentinin Ofisini təəccübləndirib.

Xatırladaq ki, dekabrın 18-i Argentina və Fransa milli komandaları dünya çempionatının final qarşılaşması baş tutacaq. Oyun Bakı vaxtı ilə 19:00-da başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az