Malayziyanın paytaxtı Kuala Lumpurdan təxminən 50 kilometr şimalda, Selangor əyalətinin Batanq Kali rayonunda düşərgədə torpaq sürüşməsi baş verib.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, regional polis rəisi Suffian Abdullah bildirib ki, təbii fəlakət nəticəsində 16 nəfər, o cümlədən 5 yaşlı uşaq ölüb, 7 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib, 17 nəfər isə itkin düşüb. Abdullah bildirib ki, sürüşmə zamanı ərazidə təxminən 94 nəfərin olduğu güman edilir.
Axtarış-xilasetmə işləri davam etdirilir.