Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya çempionatının bağlanış mərasimində iştirak edəcək.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamed Al Taninin dəvəti ilə Doha şəhərinə gedəcək.
Qeyd edək ki, dünya çempionatının final mərasimi 18 dekabrda baş tutacaq.