ABŞ-da ATIŞMA: Ölənlər var

09:09 - 18 Dekabr 2022

ABŞ-da ATIŞMA: Ölənlər var

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində atışma nəticəsində azı iki yeniyetmə ölüb, bir neçəsi yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə “FOX 5 Atlanta” telekanalı polisə istinadən məlumat yayıb.

Bildirilib ki, olay Atlantanın cənub-qərbindəki yaşayış kompleksinin yaxınlığında baş verib. Polis rəisinin müavini qeyd edib ki, atışmaya səbəb sosial şəbəkələrdə yeniyetmələr arasında yaranan mübahisə olub.

Telekanalın məlumatına görə, atışma zamanı yaralanan 3 yeniyetmə polis hadisə yerinə çatanadək yerli xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az