Lukaşenko Putinin səfərini pozmaq istədi – ŞOK

14:06 - 18 Dekabr 2022

Lukaşenko Putinin səfərini pozmaq istədi – ŞOK

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin Minskə dekabrın 19-na planlaşdırılan səfərini pozmağa cəhd edib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Valeri Soloveyə məxsus olduğu bildirilən “General SVR” Teleqram kanalı məlumat yayıb.

“Şənbə günü səhər Putinə məruzə etdilər ki, Lukaşenko özünü pis hiss edir. Bir neçə saat sonra Belarus tərəfi ehtiyatla məlumat verdi ki, Aleksandr Lukaşenko qripdir”, - kanal bildirib.

Kanal Rusiya prezidentinin bu xəbərə şübhə ilə yanaşdığını bildirib. Qeyd edilib ki, Lukaşenkonun yaxın ətrafından olan biri onun özünü əla hiss etdiyini, heç bir qrip simptomunun olmadığını deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az