Qətərdə DÇ-nin finalından əvvəl hava şousu və karnaval keçirildi

18:10 - 18 Dekabr 2022

Qətərdə DÇ-nin finalından əvvəl hava şousu və karnaval keçirildi

Dünya çempionatının finalı Qətərin Milli Gününə təsadüf edib.

 

Manset.az xəbər verir ki, bazar günü ikiqat bayram münasibəti ilə turnirin həlledici matçının keçiriləcəyi Lusail stadionu yaxınlığında hava şousu və ölkənin hind icması tərəfindən karnaval keçirilib.

Aviaşounu Qətər Müdafiə Nazirliyinin yüngül təyyarələr eskadrilyası həyata keçirib. Qətər sakinləri və qonaqlarının izlədiyi tədbir zamanı yeni Lusail şəhər bulvarı üzərindəki səma dövlət bayrağının rəngləri ilə boyanıb.

Həmçinin, ölkənin hind icması da karnaval yürüşü təşkil edərək şənliyə xüsusi rəng qatıb.

Qeyd edək ki, çempionluq titulu uğrundə görüşdə Argentina və Fransa komandaları oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az