Vardanyanın Rusiya ilə QORXUNC PLANI - Qarabağda 1800 ermənini ÖLDÜRMƏK İSTƏYİR: Sonra...

10:11 - 19 Dekabr 2022

Vardanyanın Rusiya ilə QORXUNC PLANI - Qarabağda 1800 ermənini ÖLDÜRMƏK İSTƏYİR: Sonra...

Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəalların, QHT təmsilçilərinin, media nümayəndələrinin və vətəndaş cəmiyyəti nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya artıq yeddi gündür ki, davam edir.

Ermənistan tərəfi 44 günlük müharibədən sonra da 30 illik işğal dövründə olduğu kimi Azərbaycanın təbii sərvətini talan etməkdən çəkinmədiyi üçün həmin ərazilərə 10 noyabr üçtərəfli bəyanatı ilə müvəqqəti nəzarət missiyasını icra etmək üçün təyin edilən sülhməramlı kontingent haylara qarşı bu cür məkrili planından əl çəkməsi məqsədi ilə hər hansı bir praktiki addım atmadığından məhz rəsmi Bakı özü bu cür özbaşınlığa son qoymaq qərarına gəlib.

Belə görünür ki, Azərbaycan bunu icra etmək üçün iki mərhəli gediş düşünür:

⚫️ İlk mərhələ hazıra Laçın yolunda sivil insanların dinc aksiyası vasitəsi ilə bu qanunsuz əməllərin qarşısının almaq

Qarabağın Xankəndi bölgəsində yaradılan bir sıra ekoloji problemlərə etirazlar mövzüsunda Azərbaycan xalqının nümayəndələri oraya gedib dinc etiraz aksiyası keçirməklə göstərir ki, ərazi hələlik "sülhməramlıların" nəzarəti altında olsa da, Azərbaycanın bir parçasıdır. 

Bu haqlı, qanuni etiraz aksiyasına qarşı erməni separatçılar və onların xarici havadarları elə bir tutarlı arqument tapa bilmədiklərindən bu aksiyanın məqsədi, mahiyyətini müxtəlif absurd tərəflərə yozmağa çalışsalar belə beynəlxalq hüquq müstəvisində Azərbaycan tam haqlıdır, bu onun suveren hüququdur. Rəsmi Bakı heç kimin gözləmədiyi anda belə bir gediş etməklə bir daha bəyan etmiş sayılır ki, Qarabağın rus hərbi kontingentinin müvəqqəti nəzarət zonasına kimin gəlməsindən asılı olmayaraq heç nə dəyişməyəcək. İstər rusiyalı milyarder Ruben Vardanyan, istər Vardan Oskanyan, istərsə də digər şəxslərdən ibarət “komandanın” formalaşdırılması situasiyanı dəyişmək iqtidarında deyil. 

⚫️ Şuşa-Xankəndi yolundakı aksiya bir messincdir. Bu messici Ruben Vardanyan, Araik Arutyunyan və digər qondarma rejim qalıqları anlamasalar, ermənilərin hazırda vəhşicəsinə istismar etdiyi "Qızılqaya" mədənində qanunsuz talanın qarşısını Bakı havadan dəqiq zərbələrlə alacaq və oradakı özbaşınalığı kökündən həll etmiş olacaq.

Rusiya bu gün verdiyi vədlərə naxələf çıxdığını azərbaycanlı ekoloqların əraziyə razılaşdırılmış ikinci səfəri zamanı Bakından gedən nümayəndə heyyətinin qarşısına Rusiyadan olan erməni əsilli milyarder - qondarma rejimin yeni "dövlət naziri" Ruben Vardanyan və onun qoçularının 10-15 şəxsimizin qarşını kəsməsi faktı da bir daha təsdiq etdi. Halbu ki, kontingent Aekoloqların hər hansı bir maneə ilə qarşılaşmadan əraziyə səfərinə cavabdehlik üzərinə götürmüşdü. Lakin tamamilə əks mənzərənin şahidi olduq. 
 
Amma Kreml də, separatçı xunta rejimi də bunu anlamalıdır ki, Azərbaycan bu cinayətkarlarla hər hansı dialoqa getmək niyyətində deyil. Qarabağda dağlıq hissəsində yaşayan yerli ermənilər Azərbaycan vətəndaşlarıdır. Bu səbəbdən də rəsmi Bakı kənardan gətirilib xüsusi qaydada statuslandırılan kiminləsə deyil, məhz Qarabağdakı ermənilərin içindən çıxmış və sözün əsl mənasında onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə dialoq apara bilər.
 
Hər kəsə bəllidir ki, istər erməni əsilli rusiyalı Vardanyan, istərsə də suriyalı Oskanyan Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər və Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədiblər.  Azərbaycanın bu şəxslərlə cinayətkar kimi davranmağa tam haqqı var. Bir də bunun üstünə onlar Qarabağda Azərbaycanın qızıl və filiz yataqlarını talamaqla məşğuldurlarsa, Bakının həmin ərazilərin bombalanması üçün düyməni basmaq səlahiyyəti tamamilə öz əlindədir. Nəzərə alsaq ki, “Qızılbulaq” və “Dəmirli” yataqlarında hazırda 1800-dən çox erməni çalışır və həmin yataqlar onların daimi iş yeridir, o zaman gerisini biraz da artıq Ermənistanın naşı hakimiyyəti düşünsün. 
 
Ona görə ki, Ağdərə rayonunda yerləşən qızıl bulaq mis-qızıl kolçedan yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. Lakin “Base Metals” MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarını talamaqla məşğul olub. 

Həmin müddət aralığında sözügedən mədəndən hər ay 12 min ton filiz çıxarılıb. Bu səbəbdən də artıq heç bir özünə, suverenliyinə, dövlətçiliyinə və ərazi bütövlüyünə hörmət edən dövlət və onun siyasət adamı Ermənistan tərəfi konstruktivlik göstərməyəcəyi təqdirdə Azərbaycandan atılacaq hər hansı sərt addımı tənqid edə, ona qarşı qarayaxma kompaniyası apara bilməz.
 
Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki prosesləri daim diqqət mərkəzində saxlayır. Azərbaycanın dinc aksiyasından narahat olan, ekoloqlarının öz ərazilərinə səfər edib oradakı son durumla maraqlanmaq istəyindən panikatak keçirən isə tək erməni separatçıları yox, elə sülhməramlıları da bu sıraya qatmaq olar. Belə olmasaydı sivil, əliyalın insanların dinc aksiyanın ilk anındanca kontingent zor tətbiq edib, onların qarşısına ağır texnika, pulemyot, qumnaraatnla çıxmazdılar. 
 
Bunun ardınca dəmir arakəsmələrlə yolu bağlamaqları azmış kimi, əraziyə əlavə qüvvələr cəlb edən sülhməramlıların demək olar ki, Qarabağdakı bütün heyyəti Laçın yoluna toplaşdı, bir nəfərdən başqa. Kontingentin komandanı general-mayor Andrey Volkov etiraz aksiyasına toplaşanların günlərdir tələbinə rəğmən onların qarşısına çıxmağa hansısa səbəbdən bu günə kimi cəsarət etmir ki, etmir. 
 
Amma təbii ki, Bakının da səbri bir yerə qədərdir. Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxladığını Rusiya da çox gözəl bilir. Ən azından 2021-ci ilin 22 fevral tarixində Bakı ilə Moskva arasında dövlət başçılarının imzaladığı müttəfiqlik sənədində "bir-birinin ərazi bütövlüyünə hörmət" bəndi yer aldığını Kremldə unutmayıblar. 
 
Rusiya əgər bu sənədləri öz maraqlarına qurban vermək, onları bir kağız parçası hesab etmək fikri varsa, özü bilər. Amma Azərbaycan Prezidenti sözünə və imzasına sona qədər sadiq siyasətçi olduğunu dəfələrlə nümayiş etdirib. Rəsmi Bakı onun ərazilərində bu qanunsuz fəaliyyətə gözyummaq, daha görməzdən gəlmək və zaman mənfumunu qabartmaq fikrində deyil. Çünki bu gün zaman artıq Azərbaycanın xeyirinə işləyir.
 
Manipulyasiyalarla zaman qazanmağa çalışan, postkonflikt dövrünün reallıqları ilə barışmaq istəməyən Ermənistan rəhbərliyi və onun havadarları səhv yolda olduqlarını nə qədər tez anlasalar, o qədər də ziyanın yarısından tez dönmüş olarlar. Xüsusən də bu məqamda Qarabağda yaşayan sıravi ermənilər onların üzərində qurulmuş oyunların qurbanı olduqlarını anlamalıdırlar. Vaxtilə Robert Koçaryan və Serj Sarkisyan olduğu kimi, indi də sıravi ermənilər üzərlərindən qurulan yeni oyunlara sövq edilirlər və tədbirli olmasalar, bunun acı nəticələrini bu və ya digər şəkildə yenidən yaşamaq zorunda qalacaqlar.
 
Aksiya iştirakçılarının Rusiya qarşısında qaldırdığı son tələblər bir daha deməyə əsas verir ki, Azərbaycanın hədəfi böyüyür. Sülhməramlılar yolu bağlı saxlamaqla, Bakıdan gedən nazirlik nümayəndələrini vəzifələrini icra etməyə mane olmaqla öz işlərini çətinə salırlar. Bakının səbir kasası daşır. 
Xüsusilə nəzər salsaq görərik ki, tələblərin artması aksiya iştirakçılarının sayının artması fonunda diqqət çəkir. Bakı bununla Kremlə və Ermənistanın "adaxlılarına" baş verə biləcək insidentin məsuliyyətini daşımayacağı mesajını verir. 

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az