İkinci Dünya Müharibəsi bombası məhv edildi

10:55 - 19 Dekabr 2022

İkinci Dünya Müharibəsi bombası məhv edildi

Hollandiyanın Amersfort şəhərində qatar relslərində aparılan təmir işləri zamanı tapılan İkinci Dünya Müharibəsindən qalan partlamamış bomba məhv edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polisdən verilən açıqlamada bildirilir ki, Amersfoort Mərkəzi Stansiyasında qatar relslərində aparılan təmir işləri zamanı partlamamış bomba aşkar edilib.

Bomba zərərsizləşdirmə qrupları (EOD) tərəfindən zərərsizləşdirilən bombanın İkinci Dünya Müharibəsi dövrünə aid olduğu bildirilib və onun ağırlığını, hansı ölkəyə aid olduğunu müəyyən etmək üçün işlərin davam etdiyi qeyd edilib.

Hollandiyanın mərkəzi bölgəsində yerləşən Amersfoort, maddi-texniki cəhətdən əhəmiyyətli bölgədə yerləşdiyi üçün İkinci Dünya Müharibəsi illərində dəfələrlə bombardmanlara məruz qalıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az