“Bu sorğunun nəticələrinə əməl edəcəyəm” – Maskdan təəccübləndirici SORĞU

11:13 - 19 Dekabr 2022

“Bu sorğunun nəticələrinə əməl edəcəyəm” – Maskdan təəccübləndirici SORĞU

İlon Mask şəxsi Twitter hesabında yeni sorğu paylaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask qısa müddətdə viral olan sorğuda Twitter istifadəçilərinə bu sualı verib:

"Twitter" rəhbəri vəzifəsindən istefa verməliyəmmi? Mən bu sorğunun nəticələrinə əməl edəcəyəm”.

Başqa sözlə, Mask Twitter istifadəçilərindən onu işdən çıxarıb-çıxarmamağa qərar vermələrini istəyib.

Nəticələrə əməl edəcəyini bəyan edən Mask, sorğudan “hə” cavabı alacağı təqdirdə onu kimin əvəz edəcəyi, ya da şirkət sədrliyindən istefa verəcəyi təqdirdə nə vaxt istefa verəcəyi ilə bağlı heç bir açıqlama verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az